» » » Bakı metrosunda apteklər açılır - FOTO

Bakı metrosunda apteklər açılır - FOTO

Bakı metrosunda apteklər açılır - FOTO

“Hər şey danışıqlardan asılı olacaq”.

Bakı metropolitenində aptek köşklərinin fəaliyyətə başlaması üçün işlər görülür. 

ucarliyiq.biz Musavat.com-a istinadən xəbər verir ki, ilk olaraq “Nəriman Nərimanov” metrostansiyasının keçidində aptekin açılışı üçün bütün işlər yekunlaşıb. 

Yaxın zamanlarda digər stansiyaların keçidlərindəki boş mağazaların da “Zeytun” apteklər şəbəkəsinin filialları kimi fəaliyyət göstərəcəyi gözlənilir.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev musavat.com-a açıqlamasında bildirdi ki, digər metrostansiyaların keçidlərində də apteklərin açılması gözlənilir: “İlk olaraq “Nəriman Nərimanov” metrostansiyasının keçidinə aptek açılıb. “Gənclik”, “Koroğlu”, “İnşaatçılar” metrostansiyalarının keçidlərində də apteklər açıla bilər. Bu isə sahibkarla metropoliten rəhbərliyi ilə baş tutuacaq danışıqlardan asılı olacaq”.

Bakı metrosunda apteklər açılır - FOTO

Bakı metrosunda apteklər açılır - FOTO