» » » Məktəbliləri daşıyan mikroavtobus qəzaya düşdü

Məktəbliləri daşıyan mikroavtobus qəzaya düşdü

Məktəbliləri daşıyan mikroavtobus qəzaya düşdü

Onlara tibbi yardım göstərilib.

Zabrat-Kürdəxanı yolunda məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb. 

ucarliyiq.biz xəbər verir ki, 3 saylı Şəhər Klinik Xəstəxanasının qəbul şöbəsindən Report-a verilən məlumata görə, buraya müxtəlif travmalarla 10 şagird gətirilib. 

Onlara tibbi yardım göstərilib, bütün şagirdlər evə buraxılıb. 

“Onların arasında vəziyyəti ağır olan olmayıb. Xəstələr müayinə olunduqdan sonra evlərinə buraxılıb. Uşaqların təxminən 10-12 yaşları olub. Onların heç birində sınıq və ya digər ciddi zədələr qeydə alınmayıb”, - xəstəxanadan bildirilib.