» » » Bakıda dənizin içində tikilən obyekt yandı

Bakıda dənizin içində tikilən obyekt yandı

Bakıda dənizin içində tikilən obyekt yandı

Yaralanan var.

Martın 28-nə keçən gecə saat 00:20 radələrində Səbail rayonu, Mikayıl Useynov küçəsi 2 ünvanında, Dənizkənarı Milli Parkın ərazisində (Bakı İdman Sarayının arxası) tikilməkdə olan “Xəzər Waterfront” ticarət-əyləncə mərkəzinin zirzəmisində yanğın baş verib.

ucarliyiq.biz xəbər verir ki, Lent.az-ın məlumatına görə, elektrik naqillərinin qısa qapanması nəticəsində 80 kv.metr ərazidə taxta və digər tullantı materiallları yanıb, nəticədə orada mühafizəçi işləyən 1993-cü ildə anadan olmuş, Masallı rayon sakini Siruddinli Fuad Nurəddin oğlu zəhərlənmə diaqnozu  ilə Toksikologiya Mərkəzinə aparılıb. 

F.Siruddinliyə ilkin yardım göstərildikdən sonra o, evə buraxılıb.

Baş vermiş yanğınla bağlı FHN məlmat yayıb. Nazirliyin məlumatına görə, Bakının Səbail rayonunda tikilməkdə olan obyektin zirzəmisində taxta tullantıları 80 kv.m və elektrik kabelləri 40 p.m. sahədə yanıb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.