» » » Ağdaşda tələbənin üstünə hasar aşdı

Ağdaşda tələbənin üstünə hasar aşdı

Ağdaşda tələbənin üstünə hasar aşdı

Onu xilas etmək mümkün olmayıb.

Ağdaş rayonunda 20 yaşlı tələbə bədbəxt hadisənin qurbanı olub.

ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Tatlar kəndində qeydə alınıb.

Kənd sakini, 1996-cı il təvəllüdlü Səmədov Elgün Ətraf oğlu yaşadığı evin həyətindəki köhnə hasarın üstünə aşması nəticəsində ağır bədən xəsarətləri alıb.

Ağdaş Mərkəzi Rayon Xəstəxanasına çatdırılan E. Səmədova tibbi yardım göstərilsə də, onu xilas etmək mümkün olmayıb. Məlumata görə, E. Səmədov Ağdaş Dövlət Humanitar Kollecinin 4-cü kurs tələbəsi olub. 

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.