» » » Səyyar ASAN xidmət regionlarda fəaliyyətini davam etdirir

Səyyar ASAN xidmət regionlarda fəaliyyətini davam etdirir

Səyyar ASAN xidmət regionlarda fəaliyyətini davam etdirir

Dövlət agentliyi məlumat yaydı.

Səyyar ASAN xidmətin xüsusi avadanlıqlarla təchiz olunmuş avtobusları vətəndaşların xidmətlərdən yararlanmaları üçün aşağıdakı regionlarda əhaliyə xidmətlər göstərir.

Bu barədə Dövlət agentliyindən ucarliyiq.biz-ə bildirilib. 

Eyni zamanda aprelin 1-dən etibarən Səyyar ASAN xidmət Füzuli rayonunda da xidmət göstərəcək. 

Bununla yanaşı məktəblilərin ödənişsiz şəxsiyyət vəsiqələrini daha operativ və rahat əldə etməsi məqsədilə bir Səyyar ASAN xidmət avtobusu “Sənədsiz məktəbli qalmasın” sosial aksiyası çərçivəsində məktəblilərə xidmət göstərir. 

Bu aksiya Bakı şəhərində yerləşən bütün məktəbləri əhatə edənə qədər davam edəcək.  

Qeyd edək ki, “Sənədsiz məktəbli qalmasın” aksiyası çərçivəsində bu günədək 4 mindən çox məktəbliyə şəxsiyyət vəsiqəsinin verilməsi təmin olunub. Ümumilikdə isə 2013-cü ildən bu günədək Səyyar ASAN xidmət vasitəsilə 500 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.

Xatırladaq ki, Səyyar ASAN xidmət 2013-cü ildə 2 avtobusla fəaliyyətə başlayıb. 

Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əlavə xüsusi avadanlıqlarla təchiz olunmuş 8 avtobus alınaraq avtobusların sayı 10-a çatdırılıb.

Bununla da, Səyyar ASAN xidmətin ölkənin bütün regionlarını əhatə etməsi təmin olunub. Belə ki, Səyyar ASAN xidmətin avtobusları dövri olaraq ölkənin şəhər və rayonlarında xidmət göstərir.