» » » Azadlığa çıxan İntiqam Əliyev: Fəaliyyətimi davam etdirəcəyəm

Azadlığa çıxan İntiqam Əliyev: Fəaliyyətimi davam etdirəcəyəm

Azadlığa çıxan İntiqam Əliyev: Fəaliyyətimi davam etdirəcəyəm

O, hüquq müdafiə təşkilatlarına təşəkkürünü bildirib.

Yenidən öz fəaliyyətimi davam etdirəcəyəm.

ucarliyiq.biz-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün azadlığa buraxılan Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev deyib.

O həmçinin hüquq müdafiə təşkilatlarına təşəkkürünü bildirib.

Qeyd edək ki, bu gün Ali Məhkəmədə baş prokuror Zakir Qaralovun İ. Əliyevə təyin olunan cəzanın ağır olmasına dair verdiyi əlavə kassasiya protesti üzrə iclası keçirilib. Ali Məhkəmənin sədri Ramiz Rzayevin sədrliyi ilə keçirilən plenum iclasında kassasiya protestini baş prokurorun müavini Namiq Əsgərov müdafiə edib.

Plenum kassasiya protestini təmin edib.

Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla İntiqam Əliyevin barəsində olan cəza şərti hesab olunub və 5 il şərti cəza müəyyən edilməklə azadlığa buraxılması haqda qərar qəbul edilib.

Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib. Bundan sonra İ. Əliyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.