» » » Əkrəm Əylislini aeroportda saxlayıblar

Əkrəm Əylislini aeroportda saxlayıblar

Əkrəm Əylislini aeroportda saxlayıblar

Ona ölkədən çıxmaq qadağan edilib.

Yazıçı Əkrəm Əylisli Heydər Əliyev adına beynəlxalq hava limanında saxlanılaraq aeroportdakı Polis İdarəsinə gətirilib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “Turan” yazıçının həyat yoldaşı Qalina Əylisliyə istinadən məlumat yayıb.

Yazıçı oğlu Nəcəfin müşayiəti altında 613 Lüftqanza reysi ilə səhər saat 5:11-də 30 mart – 2 aprel tarixlərində keçirilən “Incroci Di Civilta” Beynəlxalq ədəbiyyat festivalında iştirak etmək üçün Venesiyaya uçmalı idi, amma sərhədçilər ona ölkədən çıxmağın qadağan edildiyini bildirərək reysə buraxmayıblar.

Xatırladaq ki, 2013-cü ilin dekabrında “Drujba narodov” (“Xalqlar dostluğu” ) jurnalında dərc edilən “Daş yuxular” adlı kitabın müəllifi Əkrəm Əylisliyə qarşı cəmiyyətin müxtəlif dairələrində kəskin reaksiya verilib. Səbəb müəllifin kitabda 1990-cı ildə Bakıda və 1919-cu ildə Naxçıvanda, guya ki ermənilərin qəsb edilməsini təsvir etməsidir.