» » » Azərbaycanda əmək qabiliyyəti 15 yaşdan hesablana bilər

Azərbaycanda əmək qabiliyyəti 15 yaşdan hesablana bilər

Azərbaycanda əmək qabiliyyəti 15 yaşdan hesablana bilər

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Azərbaycan Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Sosial sığorta haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. 

ucarliyiq.biz xəbər verir ki, APA-nın məlumatına görə, layihə barədə məlumat verən komitə sədri Hadi Rəcəbli bildirib ki, sənəd Azərbaycan prezidenti tərəfindən təqdim olunub.

Layihəyə əsasən qanunun 14-cü maddəsinə əlavə edilən “Qeyd”də bildirilir ki, “Bu maddənin üçüncü hissəsinin ikinci bəndinin məqsədləri üçün əməkqabiliyyətli şəxslər dedikdə I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər başa düşülür”.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.