» » » Bakıda məhkum öz boğazını kəsdi

Bakıda məhkum öz boğazını kəsdi

Bakıda məhkum öz boğazını kəsdi

O, qəsdən adam öldürmə maddəsi ilə təqsirləndirilib.

Bakıda yerləşən cəzaçəkmə müəssisələrindən birində insident baş verib. 

ucarliyiq.biz xəbər verir ki, Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dünən Binəqədi rayon ərazisində yerləşən 11 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Aydın Osmanov kəsici alətlə özünə xəsarətlər yetirib. 

Ona qarşı tətbiq edilən tənbeh tədbirinə etiraz edən 22 yaşlı A.Osmanov kafel qırığı ilə boğazına və bədəninin digər nahiyələrinə xəsarətlər yetirib.

Qeyd edək ki, A.Osmanov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib.