» » » Azərbaycanda dustaq öldü

Azərbaycanda dustaq öldü

Azərbaycanda dustaq öldü

Meyit üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.

Gəncə şəhərindəki 2 saylı İstintaq Təcridxanasında ölüm hadisəsi baş verib.

ucarliyiq.biz xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, təcridxanada saxlanılan Tərtər rayon sakini, 1977-ci il təvəllüdlü Niyaməddin Novruzov qəflətən dünyasını dəyişib. 

Meyit müayinə edilərkən üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb və məhbusun öz əcəli ilə öldüyü məlum olub.