» » » Rusiyalılar Azərbaycanı seçirlər

Rusiyalılar Azərbaycanı seçirlər

Rusiyalılar Azərbaycanı seçirlər

Siyahı otellərin bronunun artması üzrə məlumatlara əsasən tərtib edilib.

Azərbaycan rusiyalıların istirahət etmək üçün 2016-cı ildə seçdikləri MDB ölkələrinin reytinqində lider olub. 

ucarliyiq.biz Travel.ru portalına istinadən xəbər verir ki, siyahı son illərdə müstəqil turistlər tərəfindən otellərin və apartamentlərin bronlarının artımı üzrə tərtib edilir.  

Portalın məlumatına görə, 2015-ci ildə Azərbaycan 2 milyondan çox turist qəbul edib ki, bunun da 685 mini Rusiyadan gələn turistlər təşkil edir. Turistlər daha çox paytaxt Bakı, Şahdağ dağ-xizək kurortu, Gəncə, Şamaxı, Qəbələ və Naftalan, eləcə də Göygöl, Xəzər dənizinin sahilində olan Xudat, Xaçmaz, Astara, Siyəzən və Lənkəran üz tuturlar.  

2016-cı ilin mühüm hadisələrindən olan 17-19 iyun tarixində Bakıda keçiriləcək “Formula-1” Avropa Qran Prisini qeyd etmək lazımdır. Bu il Moskvada Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəliyi açılıb.

İlk beşliyə, həmçinin Qazaxıstan, Ermənistan, Qırğızıstan və Belarus daxildir.

Qazaxıstana hər il 1 milyon turist səfər edir. Ermənistana 2015-ci ildə 1,2 milyon, Qırğızıstana 1,2 milyondan çox, Belarusa isə 300 min turist səfər edib.