» » » Bloqqerlərin bir araya toplaşdığı məkan

Bloqqerlərin bir araya toplaşdığı məkan

Bloqqerlərin bir araya toplaşdığı məkan

Yeni bloq saytı istifadəçilərin ixtiyarına verildi.

1 aprel 2016-ci ildə Azərbaycanda ilk dəfə olaraq yeni bloq saytı istifadəçilərin ixtiyarına verildi.

ucarliyiq.biz xəbər verir ki, Myblog.az saytının digər bloq saytlarından fərqi bir deyil, bir neçə bloqqerin bir araya gələrək ayrı-ayrı sahələrlə bağlı bloqlarını təqdim etməsidir. 

Sayt həmçinin imkan verəcək ki, öz istedadına güvənən, müxtəlif sahələri mükəmməl bilər insanlar “myblogs” ailəsinə qoşulsun və öz bacarıqlarını daha geniş auditoriyaya çatdıra bilsin.

İlkin olaraq, izləyicilər myblogs.az saytı vasitəsilə mənzillərin zövqlə dizayn edilməsi, modelyerlik, ev şəraitində idmanla məşğul olmaq, zövqlə geyinmək, səhahət və yeni filmlər haqqında məlumatlar əldə edə biləcəklər.

Siyahını uzatmaq da olar. Bunun üçün özünə güvənən bloggerlərə saytda bloq yaratmaq üçün hər cür şərait yaradılacaq.