» » » Azərbaycanda telefon dələduzu peyda olub – FOTO

Azərbaycanda telefon dələduzu peyda olub – FOTO

Azərbaycanda telefon dələduzu peyda olub – FOTO

Şirkət açıqlama verib.

Bakıda vətəndaşlara qarşı mobil telefon vasitəsilə dələduzluq edən şəxs peydə olub.

ucarliyiq.biz xəbər verir ki, həmin vətəndaş bir neçə “Azercell” abunəçilərinə 050-856-92-75 nömrəsindən guya onların nömrəsinə 40 AZN məbləğində kontur yükləndiyi mesajını göndərib.

Daha sonra həmin şəxs sözügedən nömrədən zəng edərək səhvən vətəndaşa 40 manatlıq kontur göndərdiyini və qaytarmasını xahiş edib. Dələduzun toruna düşən vətəndaş isə balansında olan konturu sözügedən nömrəyə göndərib. Daha sonra balansında kontur qalmadığını görəndə aldadıldığını hiss edib.

Məsələni öyrənmək üçün həmin şəxsə dəfələrlə zəng vursaq da, telefonu açmayıb.

Məsələ ilə bağlı “Azercell Telekom” ucarliyiq.biz-a açıqlama verib. 

“Azercell Telekom” öz abunəçilərindən bu cür saxta SMS-lərə cavab verməməyi və daha diqqətli olmağı xahiş edir. Bununla bağlı daha ətraflı məlumat rəsmi saytımızda da təqdim olunub” – “Azercell” şirkətinin rabitə üzrə baş mütəxəssisi (“Senior Communication Specialist”) Günay Məmmədli məlumat verib.

O bildirib ki, konkret şikayətlərlə bağlı abunəçilər hüquq-mühafizə orqanlarına müraciət edə bilər.

Azərbaycanda telefon dələduzu peyda olub – FOTO

Elvin Əhmədov