» » » Həcc ziyarətinin qiymətləri açıqlandı – 5000 manatdan başlayır

Həcc ziyarətinin qiymətləri açıqlandı – 5000 manatdan başlayır

Həcc ziyarətinin qiymətləri açıqlandı – 5000 manatdan başlayır

Builki limit ötənilkindən az - 1500 nəfərdir.

Azərbaycanda bu il Həccə gedəcək zəvvarlar üçün ziyarət xidmətlərinin qiyməti açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) ucarliyiq.biz-ə verilən məlumata görə, builki Həcc ziyarətlərinin qiyməti müvafiq olaraq 3500 (5350 AZN) və 4500 (6880 AZN) ABŞ dolları təşkil edir.

Gündə iki dəfə yemək verilən və komfortu az olan otellərdə qalanlar üçün ümumi ziyarət xərci 3500 dollar, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyənlər üçün ümumi xərc isə 4500 dollardır. 

Bu, ötənilki qiymətlərdən bir qədər ucuzdur. Ötən il Həcc ziyarəti zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, 4 nəfərlik otaqlarda yerləşmək üçün 5750 dollar, nisbətən zəif şəraitli, 6 nəfərlik otaqlara malik hotellərdə qalmaq üçünsə 4700 dollar ödənilib.

2015-ci ildə Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Builki limit ötənilkindən az - 1500 nəfərdir.

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.