» » » Türkiyə KİV: İŞİD Azərbaycanda terror aktları planlaşdırır – FOTO

Türkiyə KİV: İŞİD Azərbaycanda terror aktları planlaşdırır – FOTO

Türkiyə KİV: İŞİD Azərbaycanda terror aktları planlaşdırır – FOTO

Terrorçulardan biri yetkinlik yaşına çatmayan yeniyetmədir.

Hazırda Suriya ərazisində olan İŞİD qrupunun terroçuları Türkiyə və Azərbaycan ərazisində terror aktlarını həyata keçirməyi planlaşdırırlar. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb. 

İŞİD qruplaşmasının arasında Rusiya vətəndaşı İsa Tupolovun (azərbaycanlı) olduğu beş üzvünün şəkli Türkiyənin bütün təhlükəsizlik strukturlarına göndərilib. 

Məlumata görə, onlardan 35 yaşlı Rəşid Əl Abdula Alqaqan – Nabil Fadlin yaxın dostudur, o cari ilin yanvarında İstanbulda Sultan Əhməd meydanında terror aktı törədib. 

Digəri amerikalı pasportu olan “Darvan əl-Haymar” ləqəbli 32 yaşlı Abu Ayman Ət-Maqribinidir. 

Dördüncü terroçu kamekadze yetkinlik yaşına çatmayan Furkan Urkmez, İŞİD üzvü Muhammed Urkmezin qardaşıdır. O, 2015-ci ilin yayında öldürülüb. Furkan Urkmez Suriyaya cari ilin martın 6-da keçib. 

Beşinci terroçunun adı isə Həsən Hüseyn Uğurdur. 

Türkiyə KİV: İŞİD Azərbaycanda terror aktları planlaşdırır – FOTO