» » » Respublikada xeyli sayda silah-sursat aşkar edildi

Respublikada xeyli sayda silah-sursat aşkar edildi

Respublikada xeyli sayda silah-sursat aşkar edildi

DİN məlumat yaydı.

Daxili İşlər Nazirliyi ölkədə baş vermiş cinayət hadisələri ilə bağlı məlumat yayıb.

ucarliyiq.biz DİN-in saytına istinadən xəbər verir ki, Bakı şəhər sakini Cümşüd Hüseynovdan nömrəsi silinmiş “Naqan” tipli tapança və 2 ədəd patron götürülüb. 

Bununla bağlı Nəsimi RPİ 20-ci PB əməkdaşları tərəfindən əməliyyat keçirilib.

Oxşar hadisə Kürdəmir rayonunda da baş verib. Belə ki, Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Yenikənd kənd sakini Abdulbağı Qubadovun evinə baxış keçirilib. Baxış zamanı nömrəsi silinmiş “Makarov” markalı tapança, patron darağı, tapança kaburası, müvafiq sənədləri olmayan “İJ-43M” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Daha bir hadisə Sumqayıtda baş verib.  Sumqayıt şəhəri ərazisində qazıntı işləri aparılan zaman oradan “TOZ-8” markalı tüfəng, “AK” markalı silaha aid patron darağı və 700 ədəd patron tapılıb.