» » » Bölgələrə səyahət edən gənclərin problemləri – FOTO

Bölgələrə səyahət edən gənclərin problemləri – FOTO

Bölgələrə səyahət edən gənclərin problemləri – FOTO

“Onların qarşısına canavar və ya ayı çıxsa, onda necə olacaq?”

Azərbaycanın bölgələrini səyahət edən gənclər bir sıra problemlərlə rastlaşıblar.

ucarliyiq.biz xəbər verir ki, bir qrup gənc Şabran rayonu Zeyvə kəndinə Əmbil gölünə 12 nəfərlik qrupla yürüş və kempinqə gedən zamanı onlara ərazidə olan meşəbəyi təzyiqlər edib.

Bölgələrə səyahət edən gənclərin problemləri – FOTO

Belə ki, meşəbəyi bildirib ki, hətta dövlət qoruğu hesab edilməyən meşə massivlərinə səyahət zamanı vətəndaşlar Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icazə almalıdır.

Gənclər redaksiyamıza bildiriblər ki, onların üzərində heç bir ovçuluq silahı olmayıb.

“Bütün zibil və tullantıları özümüzlə aparmağımıza baxmayaraq, bizə özünü meşəbəyi kimi təqdim etmiş bir neçə şəxs çoxlu təzyiqlər, sorğu-suallar etdi. 

Bölgələrə səyahət edən gənclərin problemləri – FOTO

Bizə oralarda gəzməyə icazə olmadığını, bunun üçün nazirlikdən xüsusi icazə vərəqi almalı olduğumuzu söylədilər, hansı ki, bayram günlərində mümkünsüz idi. Gedəcəyimiz günə qədər bizə sakit qalmağı imkan vermədi”.

Gənclərin sözlərinə görə, belə bir hal ölkənin müsbət turizmi imicinə mənfi təsir edir:

“Aramızda olan Rusiya və Ukraynadan olan xaricilər bu baş verənlərdən çox böyük narazılıq göstərdi, bunun öz ölkələrində heç vaxt rast gəlmədiklərini və öz turizmini inkişaf etdirmək istəyən ölkə üçün mənfi hal olduğunu dəfələrlə bizə söylədilər”. 

Onlar bildiriblər ki, anoloji problemlərlə bir neçə yerdə qarşılaşıblar.

"İsmayıllıdakı Talıstan gölünə, Qusarın Ləzə kəndindəki şəlalələrə sırf gəzinti xarakterli kempinq yürüşlərini məntiqsiz əsaslarla bir neçə dəfə problem yaşadıblar". 

Bölgələrə səyahət edən gənclərin problemləri – FOTO

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən açıqlama veriblər.

ETSN meşələrin inkişafı departmentin sektor müdürü Sadiq Salmanov ucarliyiq.biz-ə bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasına görə, hər bir vətəndaş meşələrdə gəzmək hüququna malikdir və heç kimə ona maneə yarada bilməz.

Sadiq Salmanovun sözlərinə görə, Azərbaycanda meşə mədəniyyəti tam formalaşmadığına görə, onlar meşəbəylərə xüsusi tapşırıq veriblər ki, meşələrə adamlar gələndə onlara daimi nəzarət etsinlər. 

Bölgələrə səyahət edən gənclərin problemləri – FOTO

Sektor müdiri qeyd edib ki, meşə ərazisinə yürüş edən vətəndaşlar ETSN-ə əvvəlcədən müraciət etməlidirlər.

“Vətəndaşlar bölgələrdə meşə və dağlara səyahəti əvvəlcədən planlaşdırırlar, onlar nazirliyə bir neçə gün öncə müraciət etsələr, onlara müvafiq köməklik göstərilər. 

Bilirsiz, bu, həm meşələrin qorunması, misal üçün yanğından, tullantılardan qorunması baxımından, həm də insanın həyatını təhlükəsizliyini təmin etmək üçün atılan addımdır. Bildiyimiz qədər meşə və dağlıq ərazilərdə vəhşi heyvanların yaşadığı ərazidir. İnsanların həmin ərazilərə səyahəti zamanı heyvanlar onlara hücum edə bilər, bu da sonda faciəyə səbəb ola bilər. Turistlər bölgələrdə yerləşən meşələrə səyahət edən zamanı onların qarşısına canavar və ya ayı çıxsa, onda necə olacaq?

Birdə ki, Azərbaycanda meşələrdə yağının baş verməsinin ilkin səbəbi insanların meşələrdə odan düzgün istifadə etməsi nəticəsində baş verir. Bunların hamısını nəzərə almalıdırlar”. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi meşə və dağlara səyahət edənlərdən və onların səyahətini təşkil edən şəxslərdən xahiş edib ki, onlar qabağcan ETSN-ə müraciət etsinlər.

“Gələcəkdə belə bir hadisələrin qarşısını alması üçün nazirliyə müraciət etmək vacibdir. Onlar səyahət etmədən bir neçə gün öncə ETSN Meşələrin İnkişafı Departamentinin nömrələrinə zəng vurub (012 510 33 31 və yaxud 012 510 32 92) xəbərdarlıq etməlidirlər”.

Elvin Əhmədov