» » » Çobanzadə küçəsinin bir hissəsi bağlanır

Çobanzadə küçəsinin bir hissəsi bağlanır

Çobanzadə küçəsinin bir hissəsi bağlanır

Təmir işləri aparılır.

Asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq 2 aprel 2016-cı il tarixində səhər saatlarından Nizami rayonu Bəkir Çobanzadə küçəsinin bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. 

Bu barədə ucarliyiq.biz-a “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən məlumat daxil olub.

Hərəkətin məhdudlaşdırılması Bəkir Çobanzadə küçəsinin Rüstəm Rüstəmov və Naxçıvanski küçələri ilə kəsişməsi arasında yerləşən 780 metrlik hissəsində təmir işləri bitənədək tətbiq olunacaq.

Sürücülərdən aparılacaq təmir işlərini nəzərə alaraq öncədən alternativ hərəkət istiqamətləri seçmələri tövsiyyə olunur.