» » » Bakının mərkəzində işıqsız qəsəbə - VİDEO

Bakının mərkəzində işıqsız qəsəbə - VİDEO

Bakının mərkəzində işıqsız qəsəbə - VİDEO

Küçə ilə gedən sakinlər fanardan istifadə edirlər.

Bakıda şəhərin mərkəzində bir həftədən çoxdur ki, işiq problemi yaşanır. Söhbət Səbail rayonu Badamdar qəsəbəsindən gedir. Qəsəbə sakinlərinin sözlərinə görə, hər gün hava qaralan kimi elektrik enerjisinin verilişində fasilələr yaranır.

Küçə ilə gedən sakinlər fanardan istifadə edirlər. İlk baxışdan hansısa ucqar bir kəndi xatırladan bu məkan paytaxtın Səbail rayonudur.

Badamdar qəsəbəsi 3-cü yaşayış massivində bir həftədən çoxdur ki, elektrik enerjisinin verilişində problem yaşanır. Sakinlərin sözlərinə görə, hər gecə 23:00-dan sonra işıqlar söndürülür.

Qəsəbənin bəzi sakinləri hər gün qarşılaşdıqları bu problemdən çıxış yolunu generator almaqda görüblər.

Məsələ ilə əlaqədar “Azərişıq” Açıq Səhimdar Cəmiyyətindən bildiriblər ki, sözügedən ərazidə elektrik enerjisinin verilməsində fasilələrin yaranmasının səbəbi elektrik xətlərində aparılan yoxlama işləridir.

ucarliyiq.biz XezerXeber-in Badamdardan hazırladığı süjeti təqdim edir: