» » » Bakı-Sumqayıt qatarı adam vurdu

Bakı-Sumqayıt qatarı adam vurdu

Bakı-Sumqayıt qatarı adam vurdu

Hadisə aprelin 1-i baş verib.

Bakı-Sumqayıt qatarı dəmiryol xəttini keçən qadını vurub.

ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri ərazisində baş verib.

Aprelin 1-i axşam saatlarında 27 yaşlı Tünzalə İsgəndərova dəmiryol xəttini keçmək istəyib. Bu vaxt Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarı qadını vurub.

Gülnarə İsgəndərova ağır xəsarətlər alıb və Bakıdakı 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, 27 yaşlı qadının vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.