» » » Xırdalanda yük avtomobili DYP maşınını vurdu – VİDEO

Xırdalanda yük avtomobili DYP maşınını vurdu – VİDEO

Xırdalanda yük avtomobili DYP maşınını vurdu – VİDEO

Hadisə yerinə yol polisinin məsul əməkdaşları gəlib.

Xırdalan şəhərində yol qəzası baş verib. 

ucarliyiq.biz avtosfer.az-a istinadən xəbər verir ki, 01 BM 515 dövlət nömrə nişanlı sudaşıyan maşın 10 YP 627 dövlət nömrə nişanlı DYP maşınını arxadan vurub. 

Zərbə nəticəsində polis avtomobilinin arxa tərəfi yararsız hala düşüb. DYP əməkdaşlarından xəsarət alan olmayıb. Hadisə yerinə yol polisinin məsul əməkdaşları gəlib. 

İlkin ehtimala görə, hadisəyə səbəb yük avtomobilin əyləc sisteminə yaranmış problemdir. Lakin şahidlər bildirir ki, DYP avtomobilindəki inspektor yük avtomobilinə «saxla» işarəsi verib.

Yük maşını dayanmadığı üçün yol polisi əməkdaşı idarə etdiyi avtomobili onun qarşısına sürərək dayandırmağa çalışıb. Bu zaman yük maşının sürücüsü avtomobili saxlaya bilməyib və DYP maşınını vuraraq əzib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.