» » » İstirahət gününə olan hava proqnozu açıqlandı

İstirahət gününə olan hava proqnozu açıqlandı

İstirahət gününə olan hava proqnozu açıqlandı

Avqustun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Ucarliyiq.biz-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 21-25° isti, gündüz 31-36° isti, Bakıda gecə 23-25° isti, gündüz  33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində - 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 35-40% olacaq.               

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25°, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz  34-39°, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

.
ucarliyiq.biz