» » » Minsk qrupu cəbhədə baş verənlərlə bağlı bəyanat yaydı

Minsk qrupu cəbhədə baş verənlərlə bağlı bəyanat yaydı

Minsk qrupu cəbhədə baş verənlərlə bağlı bəyanat yaydı

“Biz gücdən istifadəni sərt şəkildə pisləyirik”.

ATƏT- in Minsk qrupu həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryu (Fransa) və İqor Popov (Rusiya) təmas xəttində baş verən son gərginliklə bağlı birgə bəyanat yayıblar.

ucarliyiq.biz-ın məlumatına görə, həmsədrlər təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin geniş miqyasda pozulması ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər: 

“Biz gücdən istifadəni sərt şəkildə pisləyirik və mülki insanlar daxil olmaqla insan itkilərinə görə təəssüflənirik”.

Həmsədrlər tərəfləri atəşi dayandırmağa və ərazidə vəziyyəti stabilləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırırlar.

“Münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur”, - deyə bəyanatda bildirilir.