» » » Minsk qrupu Qarabağdakı vəziyyətlə bağlı görüş keçirəcək - YENİLƏNİB

Minsk qrupu Qarabağdakı vəziyyətlə bağlı görüş keçirəcək - YENİLƏNİB

Minsk qrupu Qarabağdakı vəziyyətlə bağlı görüş keçirəcək - YENİLƏNİB

Həmsədrlər Vyanada görüşəcəklər.

ATƏT-in Minsk Qrupu aprelin 5-də Vyanada Dağlıq Qarabağ münaiqşəsi zonasında vəziyyətin kəskinləşməsi ilə bağlı iclas keçirəcək.  

ucarliyiq.biz xəbər verir ki, bu barədə MQ-nin amerikalı həmsədri Ceyms Uorlik bildirib. 

“Həmsədrlər bazar ertəsi Vynada görüşəcək və çərşənbə axşamı Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar Minsk qrupunun iclasını keçirəcəklər”, - deyə, o, Tvitterdə yazıb.

13:47

ATƏT-in Minsk Qrupu gələn həftə Vyanada iclas keçirəcək.

ucarliyiq.biz xəbər verir ki, toplantıda Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi müzakirə olunacaq. 

“Təmas xəttində gərginliyin davam etməsi və ATƏT-in münaqişənin həllində rolu nəzərə alınmaqla, gələn həftə müntəzəm məsləhətləşmələr çərçivəsində Dağlıq Qarabağ üzrə həmsədr ölkələr "üçlüyü" (Rusiya, ABŞ, Fransa) toplaşacaq. Onlar Minsk Qrupu üzvlərinə yaranmış vəziyyət və həmsədrlərin bu həlli uzanan münaqişənin tezliklə həlli istiqamətində sonrakı addımları barədə məlumat verəcəklər”, - agentliyinin mənbəsi bildirib.