» » » Ermənistanda səfərbərlik başlayıb?- YENİLƏNİB

Ermənistanda səfərbərlik başlayıb?- YENİLƏNİB

Ermənistanda səfərbərlik başlayıb?- YENİLƏNİB

Ölkənin Müdafiə nazirliyinin rəsmisi açıqlama verdi.

Ermənistan ərazisində hərbi səfərbərliyin elan olunması haqda xəbərlər həqiqəti əks etdirmir.

ucarliyiq.biz erməni KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan Facebook səhifəsində yazıb.

Onun yazdığına görə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində təmas xəttindəki gərginlik Ermənistan ictimaiyyətində şayiələrin yayılmasına və əhalinin vahimələnməsinə səbəb 

Mətbuat katibi səfərbərliklə bağlı yayılan xəbərləri də şayiə adlandıraraq təkzib edib. 

15:12

Ermənistanda hərbi komissarlıqlar ehtiyatda olan hərbçilərin yaşadıqları mənzillərə zəng vuraraq, “voenkomata” gəlməyi xahiş edirlər.

“Kimin orduda xidmət etmiş oğlu varsa, zəng edərək, gəlməyi istəyirlər. Bundan başqa, həkimləri də çağırırlar”, - deyə, İrəvan sakini “Qazeta.ru”nun müxbirinə bildirib.