» » » “Putin NATO”sundan Qarabağdakı döyüşlər barədə - AÇIQLAMA

“Putin NATO”sundan Qarabağdakı döyüşlər barədə - AÇIQLAMA

“Putin NATO”sundan Qarabağdakı döyüşlər barədə - AÇIQLAMA

KTMT-nin mətbuat katibi bəyanatla çıxış edib.

Azərbaycanın hərəkətləri Dağlıq Qarabağda vəziyyəti ancaq gərginləşdirir.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “İnterfaks”a Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mətbuat katibi Vladimir Zaynetdinov bildirib.

“Hər şey danışıqlar yolu ilə həll olunmalıdır. İndiki halda Azərbaycan tərəfinin hərəkətləri vəziyyətin və münaqişənin kəskinləşməsinə aparır”, - deyə, V. Zaynetdinov bildirib.

O vurğulayıb ki, KTMT-nin baş katibi Nikolay Bordyuja və təşkilatın katibliyinin rəhbərliyi Ermənistan rəhbərliyi ilə daimi əlaqədədir.

“Respublikanın müdafiə nazirliyindən baş vermiş silahlı toqquşma barədə bütün məlumatı almışıq. Hesab edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin silahlı hərbi həlli yoxdur”, - deyə, V. Zaynetdinov bildirib.