» » » Cəbhədə 6 düşmən tankı məhv edilib, iki kənd azad olunub

Cəbhədə 6 düşmən tankı məhv edilib, iki kənd azad olunub

Cəbhədə 6 düşmən tankı məhv edilib, iki kənd azad olunub

Onlarla işğalçının məhv edildiyi yazılır.

Erməni mətbuatı öz itkiləri barədə məlumat açıqlayıb. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə “Planeta Armeniya” saytı yazıb.

“DQR”in “Müdafiə ordusunun” mətbuat xidmətinin məlumatına əsasən, bütün təmas xətti boyunca ağır döyüşlər gedir və yalnız Azərbaycan tərəfdən olan itkilərdən danışılır, “DQR”in cüzi itkilərinin olduğu bildirilir.  

Lakin əslində vəziyyət rəsmi mənbələrin dediyi kimi deyil. Hərbi əməliyyatlar zonasından gələn məlumata əsasən, Azərbaycan ordusu mövqelərimizə fasiləsiz zərbələr endirir. Azərbaycan tərəfi bir istiqamətdə Seysulan və Talış yaşayış məntəqələrini, həmçinin Talış kəndi ətrafında yüksəklikləri, digər istiqamətdə isə Lələiləgi yüksəkliyini ələ keçirib. 
Hazırda biz bütün cəbhə boyu artilleriya və zirehli texnikada itkilər veririk. Bizim mənbələrimizin məlumatına görə, zirehli texnikadan təxminən 6 tank və təxminən 12-15 artilleriya sistemi itirmişik.  

Yaxın ərazilərdə yaşayan əhali kütləvi şəkildə evlərini tərk edir, bəziləri zirzəmilərdə gizlənilər. Yüzdən çox itki vermişik”, - deyə, erməni saytı yazır.

Cəbhədə 6 düşmən tankı məhv edilib, iki kənd azad olunub