» » » Lavrov Bakıya zəng etdi

Lavrov Bakıya zəng etdi

Lavrov Bakıya zəng etdi

Rusiya diplomatiyasının rəhbəri Məmmədyarov və Nalbandyana səslənib.

Rusiya XİN-nin rəhbəri Sergey Lavrov Azərbaycan və Ermənistandan olan həmkarları Elmar Məmmədyarov və Edvard Nalbandyanla Qarabağdakı vəziyyəti müzakirə edərək, münaqişə zonasında zorakılığın dayandırılması üçün vəziyyətə təsir göstərməyə çağırıb.

Bu barədə Rusiya XİN-dən bildiriblər, ucarliyiq.biz xəbər verir.  

“Rusiya prezidentinin Dağlıq Qarabağda təmas xəttində hərbi əməliyyatların bərpasına reaksiyasının, həmçinin Rusiya tərəfinin vəziyyətin normallaşması üçün atdığı addımlar, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə əlaqələrin ardı olaraq, Sergey Lavrov Azərbaycan və Ermənistanın XİN rəhbərləri ilə danışaraq, zorakılığın dayandırılması üçün vəziyyətə təsir göstərməyə çağırıb”, - deyə, Rusiya XİN-dən bildiriblər.