» » » Kosaçov: RF və ABŞ Qarabağ münaqişəsinin həllində daha çox iş görə bilər

Kosaçov: RF və ABŞ Qarabağ münaqişəsinin həllində daha çox iş görə bilər

Kosaçov: RF və ABŞ Qarabağ münaqişəsinin həllində daha çox iş görə bilər

Rusiya Federasiya Şurasının komitə sədri açıqlama verdi.

Rusiya və ABŞ Qarabağ münaqişəsinin həllində daha çox iş görə bilər.

ucarliyiq.biz-ın TASS-a istinadən məlumatına görə, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçov ABŞ Konqresinin üzvü Dana Rorabaherlə görüşündə deyib.

K. Kosaçov bildirib ki, birgə səylər üçün çoxlu kəsişmə nöqtələri var: 

“Mən bu gecə Dağlıq Qarabağ istiqamətində hadisələrin çox təhlükəli inkişafını qeyd etməyə bilmərəm. Rusiya və ABŞ uzun illərdir bu məsələdə məhsuldar əməkdaşlıq edir, lakin biz minimum vəzifə kimi, ən azı qan axmaması üçün daha çox iş görə bilərik. Maksimum vəzifə isə bütün tərəfləri qane edəcək siyasi həllə nail olmaqdır”.