» » » Müdafiə nazirliyindən cəbhədəki vəziyyət ilə bağlı - AÇIQLAMA

Müdafiə nazirliyindən cəbhədəki vəziyyət ilə bağlı - AÇIQLAMA

Müdafiə nazirliyindən cəbhədəki vəziyyət ilə bağlı - AÇIQLAMA

Nazirlik rəsmisi danışdı.

Cəbhədə əməliyyat şəraitinə tam nəzarət olunur. 

ucarliyiq.biz xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.
 
“Ötən gecə və gündüzlə müqayisədə hazırda cəbhə bölgəsində vəziyyət stabildir”, - deyə Vaqif Dərgahlı qeyd edib.
 
Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar olub.
 
Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi nəticəsində Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan məntəqəsi düşməndən tam təmizlənib. Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb. Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.