» » » Kəndlərimiz artilleriya atəşinə tutuldu: İki dinc sakin yaralandı

Kəndlərimiz artilleriya atəşinə tutuldu: İki dinc sakin yaralandı

Kəndlərimiz artilleriya atəşinə tutuldu: İki dinc sakin yaralandı

Mərmi kənd sakinin evinə düşüb.

Erməni silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttindəki Seyidimli kəndini artilleriya atəşinə tutması nəticəsində kənd sakinlərindən iki nəfər yaralanıb. 

ucarliyiq.biz-ın APA-ya istinadən məlumatına görə, ermənilərin atdığı mərmilərdən biri kənd sakini Sahib Vəliyevin evinə düşüb.
 
Nəticədə 1951-ci il təvəllüdlü S. Vəliyev və onun nəvəsi, 2003-cü il təvəllüdlü Vəlizadə Sənan Saleh oğlu yaralanıb. 

Yaralılar Tərtər Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Xəstəxanadan APA-ya yaralıların daxil olması faktı təsdiqlənib.