» » » Polkovnik Dərgahlı: Ermənilər hər növ saxtakarlığa əl atırlar

Polkovnik Dərgahlı: Ermənilər hər növ saxtakarlığa əl atırlar

Polkovnik Dərgahlı: Ermənilər hər növ saxtakarlığa əl atırlar

“Bu ilk dəfə deyil dəfələrlə bunun şahidi olmuşuq”.

Ermənilər öz itkilərini pərdələmək üçün hər növ saxtakarlığa əl atırlar. Bu ilk dəfə deyil dəfələrlə bunun şahidi olmuşuq. Gün ərzində erməni mətbuatının yaydığı məlumatlar yalandır, saxtakırlğa yol verilir, real vəziyyəti və həqiqəti əks etdirmir.

Bu barədə ucarliyiq.biz-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

Polkovnik Dərgahlı qeyd edib ki, ermənilərin internet saytlarında yaydığı həlak olmuş Azərbaycan əsgərlərinin meyitlərini və vurulmuş pilotsuz uçuş aparatının (PUA) görüntüsü saxtadır.

“Həmin videoların erməni tərəfinin öz itkilərini pərdələmək üçün növbəti saxtakarlığı olduğunu videokadrlardan görmək olar.

Videoda göstərilən həlak olmuş əsgərlər yay geyimindədir. Hazırda Azərbaycan Ordusunun şəxsi heyəti qış geyimindədir və ərazidə hava şəraiti yay geyimində gəzməyə imkan vermir.

Videoda göstərilən PUA isə Azərbaycan Silahlı Qüvvələrinin balansında mövcud deyil. Azərbaycan Ordusunda bu PUA modeli yoxdur. Bu video erməni tərəfinin növbəti saxtakarlığıdır”, - deyə, o, bildirib.