» » » İran cəbhədəki vəziyyətə münasibət bildirdi

İran cəbhədəki vəziyyətə münasibət bildirdi

İran cəbhədəki vəziyyətə münasibət bildirdi

“Münaqişə Azərbaycan ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

Azərbaycan və Ermənistan arasında  münaqişənin alovlanması region ölkələrinin xeyrinə deyil.

ucarliyiq.biz xəbər verir ki, bunu APA-nın İran bürosuna açıqlamasında İran prezidentinin siyasi işlər üzrə müavini Həmid Əbutalibi  deyib.

O bildirib ki, bu münaqişə olduqca həssas bir məsələdir:

“Bu müharibə odununun ikinci dəfə alovlanması regionda və Qafqazdakı heç bir ölkənin xeyrinə deyil. Münaqişə Azərbaycan respublikasının ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Bu gün baş verən gərgin qanlı döyüşlər bizi də narahat edir. İran dövləti 20 ildən artıqdır ki,  bu iki qonşu ölkə arasında sülhün bərpasına çalışır.

Qarşıdurmanın daha da gərginləşməməsi üçün hər  iki qonşu ölkəni sülhə və sabitliyə dəvət edirik”.

Eləcə də İranın Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsarinin  bəyanat yayıb.

“Hər iki qonşu ölkəni səbrli  və təmkinli olmağa dəvət edirik. Bu həssas anlarda düşünülməmiş atılan  hər bir addım vəziyyəti daha da çətinləşdirə bilər.

Onsuz da regionda müharibə alovunu alışdırmaq istəyənlər çoxdur. Biz Qarabağ barədə aldığımız xəbərlərdən son dərəcə narahat olduq. Ümid edirik ki  hər iki ölkə yaranmış münaqişəni  Birləşmiş Millətlər Təşkilatı səviyyəsində və danışıqlar vasitəsilə həll edəcəklər. Bununla da orada sülh və sabitlik hakim olacaq”, - deyə bəyanatda bildirilir.