» » » Şoyqu və Patruşev Bakıya gəlirlər

Şoyqu və Patruşev Bakıya gəlirlər

Şoyqu və Patruşev Bakıya gəlirlər

Qarabağ münaqişəsi müzakirə olunacaq.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev yaxın vaxtlarda Bakıya gələcəklər.

ucarliyiq.biz Virtualaz.org-a istinadən bildirir ki, bu barədə haqqin.az-ın Moskva bürosuna Rusiya Müdafiə Nazirliyindəki mənbə məlumat verib

Səfər çərçivəsində Qarabağ münaqişəsinin həlli, eləcə də ölkələrimiz arasında hərbi əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.

Xatırladaq ki, aprelin əvvəlində Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Bakıya gələcək.