» » » Hərbi əməliyyatların dayandırılması haqqında bir neçə söz

Hərbi əməliyyatların dayandırılması haqqında bir neçə söz

Hərbi əməliyyatların dayandırılması haqqında bir neçə söz

“İndi düşmən öz dərisində hiss etdi ki, ordumuzun gücü haqqında sözlər sadəcə sözlər deyil”.

Bu gün beynəlxalq qurumların təkidli müraciətləri və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırır, azad olunmuş ərazilərin və torpaqların müdafiəsini gücləndirmə tədbirlərinin təşkilinə başlanması barədə qərar qəbul edib.

Mən hesab edirəm ki, bu, düzgün qərardır və alqışlanmalıdır.

Bu 2 gün Qarabağ münaqişəsinin həlli işində çox vacib idi.

Aprelin 2-dək ermənilər (o cümlədən Ermənistan ictimaiyyəti) düşünürdülər ki, “azərbaycanlılar zəifdirlər”, “müharibəyə başlayıb Bakıya kimi çatarıq” və sair. 

Lakin bizim döyüşçülərimiz göstərdilər ki, özləri asanlıqla İrəvana çata bilərlər. Və bu, məğlub azərbaycanlı stereotipi, obrazını sındırmağa kömək etdi. Cəmi bir gündə bizim ordumuz işğalçılara qarşı əməliyyat keçirdiyi hər yerdə (!!!) düşmənin müdafiəsinin birinci xəttini sındırdı. Hərb işi ilə maraqlananlar bunun nə dmeək olduğunu gözəl bilirlər. 

Müdafiə olunan mövqelərə qarşı hücum zamanı tez-tez bu cür məlumatlar almaq olar – haradsa düşmən müdafiəsini yardıq, haradasa döyüşlər gedir, haradasa irəliləyiş dayanıb. 

Lakin bizim ordumuz cəmi bir neçə saat ərzində bütün hücum cəbhəsi boyunca düşmən müdafiəsini yarmağı bacardı.

İndi düşmən ordumuzun gücü haqqında sözlərin sadəcə söz olmadığını öz dərisində hiss etdi.

Və əgər bu günə kimi biz danışıqlar masası arxasıdna məğlub tərəf kimi əyləşmikdiksə, indi şərtlər dəyişib – işğal olunmuş kəndləri azad edərək, biz düşmənə başa saldıq ki, bütün torpaqlarımızı, bütün Qarabağı hərb yolu ilə geri ala bilərik – və bu, nağıl deyil.

Və növbəti dəfə biz münaqişənin dinc yolla həllindən danışanda diplomatlarımızın kürəyi arxasında qüdrətli ordunu görən düşmən daha asan şəkildə əlaqəyə girəcək. 

Deyirlər ki, əlində avtomat olanda bütün sürücülər piyada keçidi qarşısında maşını saxlayıb sənə yol verirlər.

Dostlarım məni kifayət qədər döyüş ruhlu bir insan kimi tanıyırlar – döyüşməkdən əlbəttə ki, qorxmuram. Lakin bütün sağlam düşüncəli insanlar kimi istənilən münaqişənin dinc yolla həllinə üstünlük verirəm – müharibə yalnız başqa variant qalmaqdıqda. 

Lakin bir daha təkrar edirəm, düşmən indi dəqiq bilir – yaxşısı işğal olunmuş rayonları qaytarmaq və münaqişənin dinc yolla həllinə başlamaqdır, əks halda onlar üçün pis olacaq.

Vətənimizin şərəfi, Qarabağ naminə döyüşlərdə şəhid olmuş  12 qəhrəmanımız – onlar bir daha bizim insanlarımızı birləşdirdilər, çoxları üçün nümunə oldular.

Mənim fikrim belədir ki, (bəlkə də yanılıram) istənilən xalqın böyüklüyü onun nümayəndələri – oğul və qızlarının elə həmin xalqın, vətəndaşları olduqları ölkənin şərəfi uğrunda canlarından keçməyə nə dərəcə hazır olmaları ilə ölçülür.