» » » Qazaxıstanda Facebook Azərbaycan bayrağının rənglərinə büründü

Qazaxıstanda Facebook Azərbaycan bayrağının rənglərinə büründü

Qazaxıstanda Facebook Azərbaycan bayrağının rənglərinə büründü

“Qardaş xalqa qələbə arzulayırıq!”.

Facebook-un qazaxıstanlı istifadəçiləri Qarabağda Azərbaycan və Ermənistan arasında baş vermiş silahlı münaqişəni müzakirə edirlər, ucarliyiq.biz 7NEWS.kz-a istinadən xəbər verir.

Belə ki, tanınmış politoloq Aydos Sarım öz Facebook səhifəsində Azərbaycana dəstək verib:

“Biz Azərbaycan ilə birlikdəyik! Qardaş xalqa qələbə arzulayırıq!”, - deyə, A. Sarım yazıb.

Bu yazı minə yaxın insan tərəfindən bəyənilib, yüzlərlə insan paylaşıb. 
 
Rəsmi Astana hələ də Qarabağdakı münaqişəyə reaksiya göstərməyib və bu, A. Sarımın təəccübünə səbəb olub.

“Qulaq asın, bizim XİN haradadır? Qazaxıstanın Qarabağ üzrə mövqeyi hanı? Azərbaycana dəstək haqqında rəsmi bəyanatlar hardadır? Ən azı atəşkəs çağırışları? Əgər prezident ölkədə yoxdursa və bir neçə gün olmayacaqsa, o zaman belə biarbırçı şəkildə susmalıyıq? Axı Qazaxıstan danışıqlar prosesinin iştirakçısı olub?!”, - deyə, Sarım yazıb.

Bir çox qazaxlar Bakıya dəstək olaraq, öz Facebook profillərində Azərbaycan bayrağının təsvirlərini yerləşdiriblər.

Məlum olduğu kimi, qazaxlar və azərbaycanlılar türk qrupuna aid doğma etnoslardır.