» » » Polkovnik Dərgahlı: Azad etdiyimiz hüdudlardan çıxmayacağıq

Polkovnik Dərgahlı: Azad etdiyimiz hüdudlardan çıxmayacağıq

Polkovnik Dərgahlı: Azad etdiyimiz hüdudlardan çıxmayacağıq

“Azərbaycan ordusunun mövqeləri dəyişməyib”.

Azərbaycan Silahlı Qüvvələri aprelin 2-də hərbi əməliyyatlar zamanı azad olunan torpaqları tərk etmək niyyətind deyil.

ucarliyiq.biz xəbər verir ki, bu barədə bazar günü TASS Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərghalıya bildirib.
 
Tanınmamış “Dağlıq Qarabağ Respublikasının” “müdafiə nazirliyinin” təmas xəttində “əvvəlki mövqelərin bərpası kontekstində” barışıq məsələsini müzakirə etməyə hazır olmaları barədə bəyanatını şərh edən polkovnik Dərgahlı onu “məntiqsiz” adlandırıb.
 
“Bir tərəfdən onlar (erməni tərəfi) deyirlər ki, Azərbaycan ordusunun tutduğu bütün mövqeləri geri alıblar, digər tərəfdən əvvəlki mövqelərin bərpası şərtilə atəşkəs haqqında təklifin müzakirəsinə hazır olduqlarını bildirirlər”, - deyə, Dərgahlı qeyd edib.
 
“Məntiq hardadır?”, - deyə, o, ritorik sual verib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri İrəvanın ordumuzun dünən ələ keçirdiyi yüksəkliklərə nəzarəti bərpa etməsi barədə iddialarını da təkzib edib:

“Azərbaycan ordusunun mövqeləri dəyişməyib”, - deyə, polkovnik bildirib. 

“Biz aprelin 2-də hərbi əməliyyatlar zamanı tutduğumu əvvəlki mövqelərimizdəyik”, - deyə, o, qeyd edib.