» » » Gürcüstanın müdafiə naziri Zakir Həsənova zəng etdi

Gürcüstanın müdafiə naziri Zakir Həsənova zəng etdi

Gürcüstanın müdafiə naziri Zakir Həsənova zəng etdi

Tbilisi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Aprelin 4-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli ilə qoşunların təmas xəttində yaranmış vəziyyəti telefon vasitəsilə müzakirə ediblər.

Bu barədə ucarliyiq.biz-ə Azərbaycan MN-dən bildiriblər.

Məlumata görə, danışıqlar zamanı xanım T.Xidaşeli Gürcüstanın daim Azərbaycanın ərazi bütövlüyünü təmin olunmasını dəstəklədiyini qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüququn normaları əsasında həll olunacağına ümid etdiyini bildirib.

General-polkovnik Zakir Həsənov dəstəyə görə Gürcüstan tərəfinə minnətdarlığını ifadə edib.