» » » BMT Qarabağda ölən və yaralananların sayını açıqladı

BMT Qarabağda ölən və yaralananların sayını açıqladı

BMT Qarabağda ölən və yaralananların sayını açıqladı

Ermənilər münaqişə zonasını tərk edir.

Ötən həftə sonu Dağlıq Qarabağda hərbi əməliyyatlar nəticəsində 33 nəfərdən çox adam ölüb, 200-dən çox adam yaralanıb. 

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi, aprelin 4-də  BMT-in Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi (HMKİ) məlumat yayıb.  

“Ermənistan və Azərbaycandakı rəsmi mənbələrə əsasən, azı 30 əsgər və 3 dinc sakin hərbi əməliyyatlar nəticəsində həyatını itirib. Nə mülkü vətəndaşlar, nə də hərbçilər arasında yaralılar barədə rəsmi məlumat yoxdur.

Qeyri-rəsmi mənbələrə görə, bu sayın 200-dən çox olduğu təxmin edilir”, - HMKİ-nin hesabatında bildirilib. 

HMKİ-nin məlumatına əsasən, hərbi əməliyyatların getdiyi kəndlərdə təxminən 14,4 min insan yaşayır. Eyni zamanda, HMKİ-də qeyd ediblər ki, yerli infrasturkturun zədələnməsi və yerli sakinlərin təxliyəsinə dair məlumatın olmadığını bildirib. 

“Ermənistan tərəfindən isə 50 nəfər Yerevandan müvəqqəti sığınacaq istəyib. Hər iki hökumət beynəlxalq humanitar yardıma ehtiyaclarının olmadığını açıqlayıb”, - hesabatda qeyd edilib.