» » » Azərbaycanlı gənclər dünyaya müraciət etdi

Azərbaycanlı gənclər dünyaya müraciət etdi

Azərbaycanlı gənclər dünyaya müraciət etdi

“Gənclərinin səsinə səs verməyinizi istəyirik”.

Demokratik İslahatçı Gənclər İctimai Birliyi Qarabağ cəbhəsində yaşanan son olaylarla bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb. 

ucarliyiq.biz xəbər verir ki, bəyanatda deyilir:

“02 aprel 2016-ci il tarixdə Ermənistan Respublikası Silhalı Qüvvələri gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycanın möqelərini və yaşayış məntəqələrini intensiv atəşə məruz qoyub. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.

Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələri cavab tədbirləri görmək məcburiyyətində qalıb və işğalçıların təxribatını dəf edərən Azərbaycan ordusunun 12 hərbiçisi həlak olub. 

BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların AŞPA-nın İƏT-in, Avropanın aparıcı ölkələrinin parlamentlərinin müvafiq sənəd və qərarlarını xatırladaraq dünya birliyini təxribatçı hərəkətlərə son qoyulması üçün Ermənistana təsir göstərməyə çağırırıq. 

Xatırladırıq ki, artıq 23 ildir ki, biz bu müharibənin acı nəticələrini yaşayırıq, lakin buna baxmayaraq, dünya birliyi, beynəlxalq təşkilatlar buna göz yumurlar.

Xüsusilə, ATƏT-in Minsk qrupunun nümayəndələrinin sadəcə mülahizələr bildirmələri, realda Ermənistana qarşı heç bir sanksiya və tələblərlə çıxış etməmələri, erməni təcavüzünü daha da artırır. 

Təəssüflə qeyd edirik ki, ATƏT həmsədrləri münaqişənin həlli istiqamətində iş görmək əvəzinə, bu münaqişədən özləri üçün karyera tranplini kimi istifadə edirlər. 

Demokratik İslahatçı Gənclər İctimai Birliyi olaraq, müharibənin ağrılı və acılı nəticələrinin şahidi olan Azərbaycan gəncləri adından bəyan edirik:

Biz - müharibə şəraitində yaşayan gənclər olaraq, dünyada baş verən bütün müharibələrin əleyhinəyik, bununla yanaşı Ermənistan Respublikası tərəfindən regionda aparılan müharibə nəticəsində stabilliyin pozulması zamanı Azərbaycan gəncləri olaraq hər zaman torpaqlarımızın müdafiəsinə və hüquqlarımızın bərpasına hazır olduğumuzu bəyan edirik. 

Sizləri də baş verən bu hadisələr qarşısında biganə qalaraq susmamağa, hər zaman dəstəklədiyiniz sülhü bərqərar etməyə çağırırıq. Sizdən, Azərbaycan gənclərinin səsinə səs verməyinizi istəyirik!”. 

Bəyanat Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), ATƏT-in Minsk qrupu, Avropa Şurası (AŞ), Avropa Parlamenti (AP), Avropa İttifaqı (Aİ), Amerika Birləşmiş Ştatlar (ABŞ) Konqresi və Avstraliya senatına, eləcə də digər dövlətlərinin hökumət və parlamentlərinə ünvanlanıb.