» » » Düşmən daha bir vətəndaşımızı öldürdü

Düşmən daha bir vətəndaşımızı öldürdü

Düşmən daha bir vətəndaşımızı öldürdü

Ermənilər uzaqvuran topları işə salıblar.

Ermənistan Silahlı Qüvvələri təmas xəttindən xeyli uzaqda yerləşən yaşayış məntəqələrini reaktiv artilleriya qurğuları və uzaqvuran toplardan atəşə tutmağa başlayıb.

ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, düşmənin Ağdamın Əhmədağalı Ərazi Vahidliyinin Şərifli kəndini atəşə tutması nəticəsində yaranan mərmi partlayışları zamanı kənd sakini, 1954-cü il təvəllüdlü  Dadaşov Qaraş Şahmar oğlu həyatını itirib.

Bu gün erməni silahlı qüvvələri Üçoğlan və Xındırıstan ərazi vahidliklərini də atəşə tutub. Üçoğlan ərazi vahidliyinin Ballar kəndinin ərazisinə 5 artilleriya mərmisi atılıb.

Yaşayış məntəqələrinə tuşlanan mərmilərdən biri həyətyanı sahəyə düşüb. Xəsarət alan olmayıb.  Digər dörd mərmi isə kəndin yaxınlığında əkin sahələrində partlayıb.