» » » Düşmən kəndimizi atəşə tutdu: Yaralılar var

Düşmən kəndimizi atəşə tutdu: Yaralılar var

Düşmən kəndimizi atəşə tutdu: Yaralılar var

Üçoğlan kəndi reaktiv artilleriyadan və toplardan atəşə tutulub.

Erməni silahlı qüvvələri Ağdamın cəbhə xəttindən xeyli uzaqda yerləşən Üçoğlan kəndini reaktiv artilleriyadan və toplardan atəşə tutub.

ucarliyiq.biz-ın APA-ya istinadən verdiyi xəbərə görə, atəş nəticəsində kənd sakinlərindən Bəxtiyar Bəhmən oğlu İbrahimovun evi tamamilə yanıb.
 
Kənd sakini Bəylər Köçəri oğlu Əkbərov və Ədalət Kamran oğlu Məhərrəmovun isə evlərinin dam örtüyü və həyətlərindəki tikililər isə dağılıb.
 
Hadisə nəticəsində Ədalət Məhərrəmovun bacısı qızı, 16 yaşlı Pakizə Məhərrəmli baş nayihəsindən yaralanıb. P. Məhərrəmli Ağdam Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.