» » » Nataliya Krasovskaya: Dağlıq Qarabağ azad olunmalıdır

Nataliya Krasovskaya: Dağlıq Qarabağ azad olunmalıdır

Nataliya Krasovskaya: Dağlıq Qarabağ azad olunmalıdır

“Azərbaycanın haqq səsi tez bir zamanda tərəfindən eşidiləcək”.

Bütün dünya aprelin 2-də Ermənistanın Azərbaycana qarşı növbəti təxribatının şahidi oldu. Əgər buna qədər Azərbaycan səbrlə dözmüşdürsə, bu dəfə isə Azərbaycan tərəfindən layiqli cavabını aldı.

ucarliyiq.biz xəbər verir ki, bu sözləri APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri, tanınmış ictimai xadim Nataliya Krasovskaya bildirib.

“Azərbaycan Silahlı Qüvvələri öz hazırlığını, dövlətinin və xalqının marağında necə durduqlarını nümayiş etdirdi. İşğal altında olan Dağlıq Qarabağ və ona bitişik 7 bitişik rayon işğaldan azad olunmalıdır. Azərbaycan tərəfinin də qeyd etdiyi kimi Dağlıq Qarabağın erməni sakinləri heç kəs qovmağa hazırlaşmır. Qarabağda azərbaycanlılar və ermənilər bir yerdə yaşayacaqlar. Mənim fikrimcə, bu çox müdrikcəsinə bir adımdır. Azərbaycan bununla dünyaya bir-birinin maraqlarını nəzərə alaraq sülh şəraitində yaşamağı nümayiş etdirir”, -deyə N. Krasovskaya vurğulayıb.
 
Rusiyalı ictimai xadim Azərbaycanın bir tərəfli qaydada atəşkəs elan etməsi ilə bağlı qərarını da yüksək qiymətləndirib: 

“Bu qərarla Azərbaycan dünya ictimaiyyətinə müharibə etmək istəmədiyini, yeganə məqsədlərinin torpaqlarını işğaldan azad etmək olduğunu nümayiş etdirdi. Əminəm ki, Azərbaycan müharibə istəmir, münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Ümid edirəm ki, Azərbaycanın haqq səsi dünya ictimaiyyəti tez bir zamanda tərəfindən eşidiləcək”.
 
N. Krasovskaya Rusiya KİV-lərində Dağlıq Qarabağdakı mövcud vəziyyətin birtərəfli işıqlandırılmasını da şərh edib: 

“Bildiyiniz kimi Rusiyadakı erməni diasporunun ölkə KİV-inə təsiri çox güclüdür. Bunu KİV-də çalışan erməni soyadlı şəxsləri baxdıqda görmək mümkündür. Fikrimcə, Azərbaycan öz haqlı mövqeyini Rusiya ictimaiyyətinə, oxucusuna, tamaşaçısına çatdırmaq üçün səylərini gücləndirməlidir”.