» » » Polkovnik: Erməni tərəfi Xankəndiyə zərbə anını yaxınlaşdırır

Polkovnik: Erməni tərəfi Xankəndiyə zərbə anını yaxınlaşdırır

Polkovnik: Erməni tərəfi Xankəndiyə zərbə anını yaxınlaşdırır

“Biz xəbərdarlıq etmişdik”.

Azərbaycanın Müdafiə Nazirliyi növbəti dəfə tanınmamış “Dağlıq Qarabağ Respublikasının” paytaxtı Xankəndiyə raket zərbəsi ilə təhdid edib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı bildirib.

“Biz xəbərdarlıq etmişdik ki, Qarabağda təmas xəttində yaşayış məntəqələrimizin atəşə tutulması davam etdiriləcəyi təqdirdə, müdafiə naziri Zakir Həsənov Xankəndiyə raket zərbəsinin endirilməsinə hazır olmaq barədə əmr verib.

Erməni tərəfi gecədən Ağdərə və Füzuli istiqamətlərində atəşi davam etdirir. Öz hərəkətləri ilə erməni tərəfi Xankəndiyə zərbə anını yaxınlaşdırır”, - deyə polkovnik Dərgahlı bildirib.