» » » Sabiq səfir: Rusiya hər zaman “DQR”da qoşun yerləşdirmək istəyib – MÜSAHİBƏ

Sabiq səfir: Rusiya hər zaman “DQR”da qoşun yerləşdirmək istəyib – MÜSAHİBƏ

Sabiq səfir: Rusiya hər zaman “DQR”da qoşun yerləşdirmək istəyib – MÜSAHİBƏ

“Belə fikirlərin reallaşmasından hər vasitə ilə qaçmaq lazımdır”.

ucarliyiq.biz Gürcüstanın ABŞ-dakı sabiq səfiri Temuri Yakobaşvili ilə müsahibəni təqdim edir.

- Hərbi əməliyyatların davam edəcəyi təqdirdə, Rusiya və ABŞ-ın reaksiyaları nədən ibarət ola bilər?  

- Rusiya və ABŞ tərəfindən mümkün reaksiyalar barədə fikir yürütmək üçün Dağlıq Qarabağda hərbi əməliyyatların bərpa edilməsinin səbəbini anlamaq lazımdır. Rusiyanın Donbas və Suriyadakı hərbi avantürası boşa çıxdıqdan sonra, bir çoxlarını növbəti gərginliyin harada yaratmaq mümkün olması barədə sual düşündürməyə başladı. 

Prezident İlham Əliyevin ABŞ-a uğurlu səfəri və rus-türk münasibətlərinin kəskinləşməsi fonunda Rusiya tərəfinin seçimi, çox güman ki, Dağlıq Qarabağ oldu. 

Münaqişənin gərginləşməsi metodologiyası Ukrayna, Gürcüstan və Moldovada olan münaqişələr ilə iki almanın yarısı qədər oxşardır – “separatçıların” yaşayış məntəqələrini və hərbi mövqeləri atəşə tutması, cavab atəşinə səbəb olurlar. 

Gərginliyin müəyyən mərhələsində Rusiya münaqişəyə tərəf kimi daxil olur. Tammiqyaslı hərbi əməliyyatlar olduğu halda, Cənubi Osetiya, Donbas və Dnestryanı ssenarilərin təkrarlanması ehtimalı böyükdür. 

Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqında üzvlüyü Rusiyanın kimin tərəfini tutacağını müəyyənləşdirəcək. Müvafiq olaraq ABŞ münaqişənin geniş vüsət almasının qarşısını almağa çalışacaq və Azərbaycan ilə birbaşa və Minsk Qrupunun vasitəçiliyi ilə status-kvonu geri qaytarmağa çalışacaq. 

- ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri kimi Rusiya və ABŞ hansı məsuliyyəti daşıyır?

- Minsk Qrupu münaqişənin dondurulması və sonradan həll edilməsi ümidi ilə yardılmışdı. ABŞ-Administrasiyasının rəhbərlik müddətinin son mərhələsində olduğunu, Avropa liderlərinin miqrasiya və terrorizm problemləri ilə məşğul olduqlarını nəzərə alsaq, Minsk Qrupunun həmsədrlərindən maksimum gözlənilən addım – münaqişənin dondurulması üzrə səy göstərmələridir. 

- Rusiya Qarabağa sülhməramlılarının göndərilməsi təşəbbüsü ilə çıxış edə bilərmi?

- Rusiya hər zaman qondarma “DQR”da sülhməramlılar adı altında qoşunlarının yerləşdirməsini istəyib. Düşünmürəm ki, onların planları dəyişib, amma “sülhməramlılığın” əvvəlki təcrübəsini nəzərə alaraq, belə fikirlərin reallaşmasından hər vasitə ilə qaçınmaq lazımdır.

- Münaqişənin hazırkı mərhələsi məsələnin sülh yolu ilə həll edilməsi üçün dönüş nöqtəsi ola bilərmi? 

- Münaqişənin hazırda gərginləşməsi bir daha sübut edir ki, bütün dondurulmuş münaqişələr, “saatlı bomba”dırlar. Təbiət qanunlarına görə, dəfələrlə dondurulmaya məruz qalan istənilən ərzaq istifadəyə yarasız hala düşür.  

Bunu Qarabağ münaqişəsinə də şamil etmək olar, müəyyən anda o, “istifadəsi mümkün olmayacaq” və onun sülh yolu ilə həll edilməsi qaçınılmaz olacaq. Amma təəssüf ki, dünya arenasında başqa prioritetlərə görə bunun üçün müqəddimə yoxdur. 

- ABŞ-da erməni diasporunun nüfuzunu nəzərə alsaq, bu ölkənin siyasi hakimiyyəti Rusiyanın müttəfiqi - Ermənistanın tərəfini tuta bilərmi, yoxsa bitərəf qalmağa üstünlük verəcək?

- ABŞ-da erməni diasporu yalnız amerikan estabilişmentinin bir hissəsinə təsir edir və tərəflərdən birinin dəstəyini təmin edə bilmir. Ona görə də Amerika Administrasiyasının bu və ya digər tərəfin dəqiq ifadə edilmiş dəstəyi ilə çıxış etməsi ehtimalı çox azdır. 

ABŞ-da çətin şəraitdə Azərbaycan diplomatiyasının çox səmərəli işini, eləcə də türk diasporu tərəfindən Azərbaycanın dəstəklənməsini də unutmaq olmaz. Çox güman ki, ABŞ silahlı qarşıdurmanı siyasi üsulla dayandırmağa çalışacaq.  

- Böyük erməni diasporunu nəzərə alsaq, gürcü cəmiyyətində əhval-ruhiyyə necədir? Gürcüstan Gümrüdəki hərbi bazaya əlavə qüvvələrin transferi üçün Rusiyanın mümkün sorğusuna nə reaksiya verəcək?

- Mən indi ABŞ-da yaşayıram və gürcülərin nə düşündükləri və nə edəcəklərini dəqiq deyə bilmərəm. Ehtimal edirəm ki, orada Rusiya ilə müharibənin yenidən başlanması riskini yaxşı dərk edirlər və gərginliyin tezliklə aradan qaldırılmasına ümid edirlər. 

Elvin Şirinli