» » » Azərbaycan cəbhədə “SMERÇ”dən istifadə edib?

Azərbaycan cəbhədə “SMERÇ”dən istifadə edib?

Azərbaycan cəbhədə “SMERÇ”dən istifadə edib?

Müdafiə Nazirliyinin rəsmisi məsələyə aydınlıq gətirdi.

Bizdə bu növ silah var, ancaq hələlik bu silahdan istifadə olunmayıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı erməni tərəfinin Azərbaycanın Qarabağ cəbhəsində “SMERÇ” (9А52) reaktiv yaylım atəş sistemindən istifadə etməsi barədə yaydığı məlumatları şərh edərkən bildirib.

Qeyd edək ki, dünən erməni tərəfi Azərbaycan ordusunun “SMERÇ”dən atəş açması barədə məlumat yaymışdı.

Xatırladaq ki, Azərbaycan ordusunun arsenalında olan bu güclü silahlar Bakıda keçirilmiş paradlarda da nümayiş olunub.

9А52 “SMERÇ” 90 kilometrə kimi məsafədə hədəfləri məhv etməyə qadirdir.