» » » Müdafiə Nazirliyi: Ermənilər yalan danışır

Müdafiə Nazirliyi: Ermənilər yalan danışır

Müdafiə Nazirliyi: Ermənilər yalan danışır

“Erməni KİV-in məlumatları real vəziyyəti əks etdirmir”.

Ermənistan kütləvi informasiya vasitələrində cəbhəboyu zonada baş verən hadisələrlə bağlı bir-birinin ardınca yalan məlumatlar yayılmaqda davam edir.

ucarliyiq.biz-ın xəbərinə görə, bununla bağlı AzərTac-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisələr haqqında mütəmadi olaraq nazirliyin rəsmi internet səhifəsində məlumatlar yerləşdirilir.

“Ermənistan KİV-lərinin yaydığı məlumatlardan istifadə etməməyi tövsiyə edirik. Çünki onların məlumatları yalandır, şayiədir və real vəziyyəti əks etdirmir”.