» » » Prezident: Azərbaycan ordusu düşmənə öz yerini göstərdi

Prezident: Azərbaycan ordusu düşmənə öz yerini göstərdi

Prezident: Azərbaycan ordusu düşmənə öz yerini göstərdi

“Bu gün də biz tam üstünlüyü əldə etmişik”.

Bu hadisələrdən bir neçə gün əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan–Ermənistan sərhədində, Qazax istiqamətində təxribat törətmişdilər.

ucarliyiq.biz-ın məlumatına görə, bu sözləri Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev cəbhə bölgəsində ermənilərin hücumunu dəf edərkən yaralanmış və şəhid olmuş hərbçilərin ailə üzvləri ilə görüşü zamanı deyib.

“Bu hadisələr zamanı bizim kəndlərimiz atəşə tutulub. Mülki əhali arasında həlak olanlar var. 300-ə yaxın evə ziyan dəyib”, - deyə dövlət başçısı qeyd edib.

“Budur onların hərəkəti. Azərbaycan əsgəri, Azərbaycan zabiti heç vaxt mülki əhaliyə qarşı vuruşmayıb, vuruşmur və vuruşmayacaq. Biz öz torpağımızı qoruyuruq, bizim işimiz haqq işidir”, - deyə Ali Baş Komandan vurğulayıb.

O qeyd edib ki, Azərbaycan ordusu bu dəfə də düşmənə öz yerini göstərdi, yerinə oturtdu.

“Bu gün də biz tam üstünlüyü əldə etmişik. Buna baxmayaraq, biz vəd etmişdik ki, birtərəfli qaydada atəşkəsi bərpa etməyə hazırıq. Bir şərtlə ki, qarşı tərəf də atəşkəsə əməl etsin.

Biz müharibə istəmirik, biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Düzdür, bu, çətin məsələdir. Bütün beynəlxalq təşkilatlar - BMT, ATƏT, İslam Əməkdatşlıq Təşkilatı, Avropa Şurası - bütün bunlar həqiqəti əks etdirən mövqeyimizi dəstəkləyən qərar-qətnamələr qəbul ediblər.

Düzdür, bu qərarlar hələ nəticəyə gətirib çıxarmayıb, lakin bu məsələnin həlli üçün hüquqi əsasdır”, - deyə dövlət başçısı bildirib.