» » » Müdafiə Nazirliyi: Yardım kampaniyalarına heç bir ehtiyac yoxdur

Müdafiə Nazirliyi: Yardım kampaniyalarına heç bir ehtiyac yoxdur

Müdafiə Nazirliyi: Yardım kampaniyalarına heç bir ehtiyac yoxdur

Nazirlik məlumat yaydı.

Müdafiə Nazirliyi son günlər sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin Silahlı Qüvvələrə yardım adı altında əhaliyə çağırışlar edərək onlardan pul və ərzaq istəməsinə, vətəndaşları bu tip kampaniyalara qoşulmağa dəvət etmələrinə münasibət bildirib. 

ucarliyiq.biz-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Silahlı Qüvvələrin bu tipli dəstək və yardım kampaniyalarına heç bir ehtiyacı yoxdur.

“Bununla əlaqədar bildiririk ki, Silahlı Qüvvələrimiz dövlətimizin, şəxsən Azərbaycan prezidenti, Ali Baş Komandan  İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, həmçinin, ərzaq və digər təminatının daha da yaxşılaşdırılması üçün böyük işlər görülüb, bu istiqamətdə tədbirlər davam etdirilməkdədir. Ona görə də Silahlı Qüvvələrin bu tipli dəstək və yardım kampaniyalarına heç bir ehtiyacı yoxdur”, - məlumatda bildirilir.