» » » Azərbaycan Müdafiə Nazirliyi: Erməni tərəfi yüzlərlə itki verib

Azərbaycan Müdafiə Nazirliyi: Erməni tərəfi yüzlərlə itki verib

Azərbaycan Müdafiə Nazirliyi: Erməni tərəfi yüzlərlə itki verib

“Erməni tərəfinin itkiləri qat-qat artıqdır”.

Qarabağda qarşıdurma zamanı erməni tərəfində 200-dən çox ölən və 500-dən çox yaralanan olub. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə haqqin.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bəyan edib.  

“Hələ dünən erməni tərəfi 29-nin öldüyünü demişdi, bu gün isə bu rəqəm 50-dir. Həqiqətdə isə erməni tərəfinin itkiləri qat-qat çoxdur. Ölən erməni əsgər və zabitlərinin sayı 200-dən çoxdur”, - V.Dərgahlı deyib. 

Onun sözlərinə görə, hərbi əməliyyatların gedişatında erməni tərəfində yaralananların sayı 500-dən artıqdır. 

Daha öncə Qarabağda hərbi əməliyyatlar zamanı Azərbaycan tərəfindən 31 nəfərin həlak olduğu barədə məlumat yayılmışdı.